İraqın Tikrit şəhərində "İslam dövləti” (İŞİD) terror təşkilatının yaraqlıları ilə şəhərə nəzarət uğrunda baş verən qarşıdurma zamanı Səddam Hüseynin məzarı demək olar ki, tamamən dağıdılıb. Bu barədə Associated Press xəbər verib.
Qeyd edilib ki, məzarın yalnız dayaq sütunları qalıb. Bundan başqa Səddam Hüseynin şəkli olan plakatın yerində şiə dəstələrinin bayraqları və onların liderlərinin şəkilləri asılıb.
Oxu.Az bu barədə Qazeta-ya istinadən xəbər verir.
Qeyd edək ki, mart ayının 11-də İraq hərbçiləri və şiə polisi "İslam dövləti” terror qruplaşmasının yerləşdiyi Tikrit şəhərinə daxil olublar.//Oxu.az
Bizi sosial şəbəkələrdə izləyin !