Səddam Hüseynin şəhəri İŞİD-in əlindən alındı

14:50 | 01.04.2015
Səddam Hüseynin şəhəri İŞİD-in əlindən alındı

Səddam Hüseynin şəhəri İŞİD-in əlindən alındı

İraq dövlət başçısı Əl Abadi özünün rəsmi "Twitter" hesabından İraq hökumətinə bağlı birliklərin Tikritdə böyük zəfər qazandığını elan edib

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, İraq dövlət başçısı Heydər Əl Abadi Tikritin terrorçulardan geri alınmasını tarixi hadisə kimi dəyərləndirib. Abadinin köməkçisi Rafid Caburi də İraq ordusunun Tikrit şəhərinin mərkəzindəki hökumət binasına İraq bayrağının taxıldığını və şəhərin təmizləndiyini ifadə edib.

İraqın devrilmiş lideri Səddam Hüseynin doğulduğu Tikrit keçən ilin iyun ayında terrorçular tərəfindən ələ keçirilmişdi. Bu ilin mart ayında 30 minlik İraq ordusu Tikrik istiqamətinə hücuma keçmiş və şəhəri işöaldan azad etmişdi.

Bu şəhər mühüm strateji mövqeyə malikdir. O, paytaxt Bağdadın 170 kilometr şimalında yerləşir.

ANN.Az


 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM