Səddam Hüseynin qardaşının meyiti oğurlandı

10:32 | 17.08.2015
Səddam Hüseynin qardaşının meyiti oğurlandı

Səddam Hüseynin qardaşının meyiti oğurlandı

İraqın keçmiş prezidenti Səddam Hüseynin vəfat edən ögey qardaşı Vatban İbrahim əl-Hasanın cənazəsinin Bağdadda qaçırıldığı iddia olunur.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, cənazəsi ilə birlikdə  əl-Hasanın arvadı da qaçırılıb. Elbu Nasir aşırətinin lideri Şeyx Hasan el-Neba Vatbanın arvadının sağ qalıb-qalmaması ilə bağlı hər hansı məlumata malik olmadıqlarını və axtarışların davam etdiyini deyib.

Hazırkı İraq hökumətinin Ədalət Nazirliyi ötən həftə Səddam Hüseynin qardaşı Vatbanın həbsxanada öldüyünü rəsmi şəkildə bilrdirmişdi.




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM