Sədərək Gömrük İdarəsinin rəisinə 3 ay həbs verildi

15:35 | 19.12.2013
Sədərək Gömrük İdarəsinin rəisinə 3 ay həbs verildi

Sədərək Gömrük İdarəsinin rəisinə 3 ay həbs verildi

 Türkiyənin Naxçıvanla sərhədindəki Dilucu gömrük-keçid məntəqəsinin bir qrup məmuru ilə birlikdə dekabrın 17-də Qarsda (Türkiyə) həbs olunan Sədərək Gömrük İdarəsinin rəisi Mirməhəmməd Seyidov saatlarla davam edən dindirmədən sonra həbsxanaya göndərilib. Virtualaz.org-un  Türkiyə qaynaqlarına istinadən xəbərinə görə, Qars aeroportunda tutulandan sonra İqdır polis idarəsində saxlanılan M.Seyidov dekabrın 18-də gecə yarısına qədər dindirilib. Dindirmədən sonra M.Seyidov və onunla eyni vaxtda həbs edilən türkiyəli gömrük məmurları barələrində həbs qəti-imkan tədbirinin seçilməsi üçün növbətçi məhkəməyə çıxarılıblar.Məhkəmə Sədərək gömrüyünün rəisinin və daha bir neçə şəxsin barəsində istintaq müddəti üçün 3 aylıq həbs-qətimkan qərarı çıxarıb və şübhəlilər həbsxanaya göndərilib.Türkiyədəki mənbələrdən virtualaz.org-a məlum olub ki, M.Seyidov Türkiyədən Naxçıvana və geriyə mal daşıyan TIR sürücülərinin şikayətləri əsasında həbs olunub. Konkret olaraq onun əleyhinə ifadələr var və gömrük rəisinin yük maşını sürücülərindən, mal sahiblərindən müntəzəm rüşvət aldığına dair dəlillər istintaqa təqdim olunub.Qeyd edək ki, M.Seyidov və daha 16 şəxs Türkiyə polisinin bir ilə yaxındır apardığı izləmələrdən sonra həbs olunublar. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM