“Sədərək” ticarət mərkəzində partlayıcılar aşkarlandı

16:59 | 14.12.2018
“Sədərək” ticarət mərkəzində partlayıcılar aşkarlandı

“Sədərək” ticarət mərkəzində partlayıcılar aşkarlandı

Polis əməkdaşları insanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

DİN-in Mətbuat Xidmətindən Anews.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının dekabrın 13-də keçirdikləri reyd zamanı "Sədərək” ticarət mərkəzindəki mağazaların birində Astara rayon sakini F.Hənifəyevdən yüksək səsyayıcı qabiliyyətə malik olan 1600 ədəd partlayıcı oyuncaqlar və pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb