“Sədərək"də zəhərlənən şəxslərin SON VƏZİYYƏTİ

18:12 | 17.07.2019
“Sədərək

“Sədərək"də zəhərlənən şəxslərin SON VƏZİYYƏTİ

"Sədərək" Ticarət Mərkəzində, "Meyvəli" bazarında zəhərlənmə ilə bağlı Klinik Tibbi Mərkəzə gətirilən 5 xəstə izahat yazaraq evə buraxılıblar.

Anews.az bildirir ki, bu barədə APA-ya Kliniki Tibbi Mərkəzinin Mədə-bağırsaq şöbəsinin müdiri, Bakı şəhərinin baş infeksionisti Gülnarə Babayeva deyib.

O bildirib ki, səhər saat 11-dən günorta 13:30-dək 5 satıcı Klinik Tibbi Mərkəzə qəbul olunub: "Xəstələrin dediklərinə görə, səhər saat 9-da səyyar satıcı tərəfindən satılan lavaşda soyutma yumurta qəbul ediblər. Bəzilərində 30 dəqiqədən sonra, bəzilərində isə 1-2 saatdan sonra mədə bulanması, qusma, baş ağrısı, mədədə ağrılar və ishal əmələ gəlib. Saat 11 radələrində 3 nəfər, 12:30-da 1 nəfər, 13:30-da isə daha bir nəfər mərkəzə qəbul olunub”.

G.Babayeva əlavə edib ki, onlar özlərini yaxşı hiss etdiklərinə görə izahat yazaraq, evə buraxılıblar.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM