Bakıda şirkət rəhbəri faciəli şəkildə ölüb.Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dünən rayon ərazisində yerləşən “Şəfa-Broyler” şirkətində qeydə alınıb. Şirkətin işçisi, Gürcüstan vətəndaşı Ramiz Mustafayev idarə etdiyi “Mercedes” markalı avtomobili arxaya verərkən şirkətin müdiri, Bakı şəhər sakini Taleh Tağıyevi divara sıxıb. T. Tağıyevi hadisə yerində ölüb. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !