"Dağlıq Qarabağ münaqişəsi ilə tanışam, o, çox mürəkkəbdir".
anews.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Endrü Şefer Dağlıq Qarabağda jurnalistlərə açıqlamasında deyib.
Şefer qeyd edib ki, bu, onun bölgəyə ATƏT-in Minsk qrupunun həmsədri kimi ilk səfəridir.
"Biz digər həmsədrlərlə birlikdə münaqişənin sülh yolu ilə həllinin tapılması məqsədilə regiona mütəmadi olaraq səfərlər edəcəyik”, - deyə həmsədr bildirib.
Xatırladaq ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri hazırda regiondakı vəziyyətlə tanış olur.
ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 6-da Yerevanda, oktyabrın 7-də isə Bakıda rəsmi görüşlər keçirəcəklər. Diplomatların Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın dövlət başçısı Serj Sarkisyanın görüşünün gündəliyini müzakirə edəcəyi gözlənilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !