Səfər Əbiyev Seyran Ohanyanla telefonda nə danışıb? - AÇIQLAMA

12:20 | 19.06.2015
Səfər Əbiyev Seyran Ohanyanla telefonda nə danışıb? - AÇIQLAMA

Səfər Əbiyev Seyran Ohanyanla telefonda nə danışıb? - AÇIQLAMA

"1990-cı illərin sonu, 2000-ci illərdə vəziyyət gərgin olanda Azərbaycan və Ermənistan güc strukturları arasında əlaqələr mövcud idi. Belə ki, şəraitə uyğun olaraq müdafiə nazirləri telefon vasitəsilə müzakirələr aparırdı”.

Bu haqda Modern.az saytına hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov məlumat verib.

Ekspert bildirib ki, bu danışıqlar daha çox Ermənistanın Müdafiə Nazirliyinin təşəbbüsü ilə həyata keçirilirdi: "Ermənilər tərəfindən edilən zənglər daha çox hansısa hadisəyə görə özlərini sığortalamaq, əsirlər və  könüllü olaraq Azərbaycan tərəfə keçmiş erməni hərbi qulluqçularla bağlı olurdu. Yaxşı yadımdadır, 1999-cu ildə ermənilər davamlı olaraq Azərbaycan Müdafiə Nazirliyinə müraciət edirdi. Çünki həmin vaxt bir neçə xoşagəlməz hadisə baş vermişdi.

Bu danışıqlar heç bir halda özbaşınalıq deyildi. Sözsüz ki, nazirlər Ali Baş Komandanın razılığı əsasında telefon əlaqəsi yaradırdı. Çünki Səfər Əbiyev düşmən ölkənin naziri ilə ölkə rəhbərliyinin icazəsi olmadan əlaqə saxlaya bilməzdi. Burada hər hansı özbaşınalıqdan söhbət getmirdi”.

Keçmiş hərbiçi sonradan bu proseslərin səngidiyini bildirib: "Zamanla bu məsələlər arxa plana keçməyə başladı. Ümumiyyətlə, son 5-10 il ərzində Bakı və Yerevan arasında nazirlər səviyyəsində birbaşa telefon danışıqları olmayıb, əvvəlki təmaslar kəsilib. MDB ölkələrinin müdafiə nazirlərinin Moskva görüşündə müdafiə naziri Səfər Əbiyev Ermənistanın müdafiə naziri Seyran Ohanyanla, Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıqov isə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yuri Xaçaturovla sərbəst şəkildə görüşüb. MDB ölkələrinin Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin Düşənbədə keçirilən görüşündə də hər iki ölkənin silahlı qüvvələrinin baş qərargah rəisləri görüşərək, müəyyən məsələləri müzakirə ediblər. Nəzərinizə çatdırım ki, bunlar hansısa dost münasibətlərindən irəli gələn təmaslar deyil. İndi də iki ölkənin güc strukturları müxtəlif beynəlxalq tədbirlərdə görüşür. Bundan qaçmaq mümkün deyil. Əlifba sıralamasında da yaxınıq, tədbirlərdə bayraqlarımız yanaşı asılır, rəhbərlər isə yanbayan dururlar. Yəni bu normaldır və qarşılaşmadan qaçmaq mümkün deyil”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM