Səfər Əbiyev sökülən evdən DANIŞDI

14:19 | 17.11.2013
Səfər Əbiyev sökülən evdən DANIŞDI

Səfər Əbiyev sökülən evdən DANIŞDI

“Belə məlumatlar yaymaqla ictimaiyyət arasında çaşqınlıq yaratmaq istəyirlər”

Azərbaycanın eks-müdafiə naziri Səfər Əbiyev son günlər evinin sökülməsi ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.

Qaynar.info xəbər verir ki, AzVision.az-a açıqlamasında sabiq nazir şəhərin mərkəzində sökülən evinin ona aid olmadığını bildirib.

Haqqında gəzən söz-söhbətlərdən qəzəblənən S.Əbiyev qeyd edib ki, bəziləri onunla bağlı heç bir əsası olmayan xəbərlər yayır.

“Onlar belə məlumatlar yaymaqla ictimaiyyət arasında çaşqınlıq yaratmaq istəyirlər”.

Sabiq müdafiə naziri əvvəlki kimi ölkə rəhbərliyinin etimadını qazandığını və bu illər ərzində öz vəzifə borclarına vicdanla yanaşdığını qeyd edib.

Qaynar.info 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti