Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin (HDQ) yüksək rütbəli zabiti həbs edilib.AzNews.az-a daxil olan məlumata görə, HDQ-nın II dərəcəli kapitanı, polkovnik-leytenant Hüseynov Seyfi Ramazan oğlu barəsində həbs-qətimkan tədbiri seçilib. S. Hüseynov HDQ-nın ərzaq təminatı xidmətinin rəisi vəzifəsində çalışıb. II dərəcəli kapitan vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, dövlət əmlakının mənimsəməkdə ittiham olunur. Xatırladaq ki, həbs olunan zabit keçmiş müdafiə naziri Səfər Əbiyevin və HDQ-nın komandiri, vitse-admiral Şahin Sultanovun yaxın adamı kimi tanınıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !