"Dünən Prezidentin çıxışından sonra təqribi 4000-ə yaxın vətəndaş qeydə alınıb. Proses bu gün də davam etdirilir”.
Anews.az xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov brifinqdə deyib. O qeyd edib ki, əgər hər hansı səfərbərlik olduqda hərbi hissələrdən daxil olmuş sifarişlər əsasında onlar hazırlanaraq toplanış məntəqələrindən hərbi hissələrə göndərilir: "Hərbi hissələr bu gün sülh üçün tam komplektləşdirilib. Müharibə dövrü üçün xidmət tərəfindən bütün tədbirlər görülüb. Əgər zərurət yaranarsa bu tədbirlər həyata keçirilə bilər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !