• $
  • €
  • ₽
  • ₺
  • £

Səfərbərlikdən tərxis edilənlər üzrə komissiya bölgələrdə də fəaliyyətə başlayır

Səfərbərlikdən tərxis edilənlər üzrə komissiya bölgələrdə də fəaliyyətə başlayır
17.01.2021 15:20
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Müdafiə nazirinin tapşırığına əsasən fəaliyyət göstərən əsas komissiyanın bir neçə bölgədə səyyar qrupları da işə başlayır.

Bakı şəhəri və Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiya ilə yanaşı  vətəndaşların gediş-gəlişində yarana biləcək çətinliklər nəzərə alınaraq səfərbərlikdən tərxis edilmiş şəxslərin yanvarın 18-dən Gəncə şəhəri və Pirəkəşkül qəsəbəsində də qəbulu həyata keçiriləcək.

Vətəndaşlarımızın rahatlığını təmin etmək, komissiyaya gəlmədən müraciətlərin qeydə alınmasını həyata keçirmək və sorğuların cavablandırılması məqsədilə müvafiq istiqamətlər üzrə "Qaynar xətt” telefon nömrələri Bakı (012) 404-76-34 və (050) 873-21-85, Gəncə (050) 758-27-34, Füzuli (050) 706-70-07 və Pirəkəşküldə (050) 653-16-39 fəaliyyət göstərəcək.

Eyni zamanda onu da bildiririk ki, hazırda fəaliyyət göstərən komissiya "Müharibə veteranı” adının və müvafiq veteran vəsiqəsinin verilməsi ilə bağlı müraciətlərə baxmaq səlahiyyətində deyil.
 
Vətəndaşlardan xahiş olunur ki, bu məsələ ilə əlaqədar komissiyaya müraciət etməsinlər

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
İlham Əliyev Bolqarıstanın Baş naziri ilə görüşüb
Siyasət 19:30
İlham Əliyev Bolqarıstanın Baş naziri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol