Şəfiqə Məmmədovaya etiraz olaraq işindən ayrıldı

11:32 | 24.01.2023
Şəfiqə Məmmədovaya etiraz olaraq işindən ayrıldı

Şəfiqə Məmmədovaya etiraz olaraq işindən ayrıldı

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) üzvü, Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev işindən ayrılıb.

Bu barədə Əli Vəliyevin özü məlumat verib bildirib.
 
Onun sözlərinə görə, o, ARKİ-də bir müddət əvvəl baş tutmuş qanunsuz seçkilərə etiraz əlamət olaraq ərizə yazaraq vəzifəsini tərk edib.  
 
Ötən ilin sonlarında ARKİ sədri Şəfiqə Məmmədovanın yenidən bu vəzifəyə seçilməsi müzakirələrə səbəb olmuşdu. İddialara görə, Şəfiqə Məmmədova ARKİ üzvlərinin iştirakı olmadan seçkilər keçirib, özünü sədr elan edib.

Əli Vəliyev 2016-cı ildən bu vəzifədə çalışırdı.(Qafqazinfo)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM