"Avropanın 10-dan çox ölkəsi Ukraynaya silah verir”.
APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın ABŞ-dakı səfiri Valeri Çalıy bildirib.
"Biz silah əldə edirik, ö cümlədən letal silahları. Və heç kim bunu müstəqil Ukraynaya qadağan edə bilməz. Başqa məsələdir ki, adətən dövlətlərin adları açıqlanmır. Lakin deyə bilərəm ki, tək Avropadan belə ölkələrin sayı 10-dan çoxdur”, deyə Valeri Çalıy bildirib.
Səfirin sözlərinə, ABŞ Ukraynaya silah verilməsini dəstəkləyir: "ABŞ hazırda Ukraynaya zirehli texnika, hərbi rabitə vasitələri, gecə görmə cihazları, radarlar, tibbi avadanlıq verir, kosmik kəşfiyyat məlumatları ilə bölüşür”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !