Səfir Azərbaycan-Ermənistan sərhədinə dəvət edildi

12:10 | 02.07.2014
Səfir Azərbaycan-Ermənistan sərhədinə dəvət edildi

Səfir Azərbaycan-Ermənistan sərhədinə dəvət edildi

"Rusiyanın Azərbaycandakı səfiri İvan Volınkin Azərbaycan-Ermənistan sərhədində atışma səslərini eşitmədiyini bəyan etdi. Təbii ki, bu onun deyil, məhz rəsmi Moskvanın mövqeyidir". ANS PRESS-in məlumatına görə, bunu Ermənistan Siyasi və Beynəlxalq Araşdırmalar mərkəzinin direktoru Aqasi Yenokyan deyib.O, bildirib ki, Rusiya Azərbaycan-Ermənistan sərhədindəki mövcud vəziyyəti qəbul etmək istəmir. Aqasi Yenokyan hesab edir ki, ATƏT-in Misnk Qrupunun həmsədrləri son günlər tez-tez atəşkəsin pozulduğu Tavuş vilayətinə səfər etməlidir.“Həmsdərlərlə yanaşı Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin də Azərbaycan sərhədində yerləşən Tavuş vilayətinə səfər etməlidir. Biz onu dəvət edirik. Qoy gəlsin bölgədəki vəziyyəti öz gözləri ilə görsün”, deyə Aqasi Yenokyan blldirib.Qeyd edək ki, Ermənistan iddia edir ki, son vaxtlar Azərbaycan Silahlı Qüvvələri Tavuş vilayətini (Tovuz rayonu ilə sərhəddə yerləşir) tez-tez atəşə tutur. Bir neçə gün əvvəl isə ermənilər Tovuz rayonunda dinc sakinləri atəşə tutmuşdu. Ümumiyyətlə, bu istiqamətdə ermənilər atəşkəs rejimini tez-tez pozur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM