Səfir: "Əfqanıstan Azərbaycanın Kabildə səfirlik açılmasını gözləyir"

10:15 | 09.02.2016
Səfir:

Səfir: "Əfqanıstan Azərbaycanın Kabildə səfirlik açılmasını gözləyir"

"Əfqanıstan Azərbaycanın Kabildə səfirlik açılmasını gözləyir".

Bunu "Report"a müsahibəsində Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili deyib.

Səfir yaxın gələcəkdə ölkəsinin paytaxtında Azərbaycan səfirliyinin binasının açılacağına ümidvar olduğunu xüsusi vurğulayıb.

Diplomat qeyd edib ki, Azərbaycanın Əfqanıstanda diplomatik missiyasının açılışı ölkələr arasındakı münasibətlərini daha da möhkəmləndirəcək: "Bəzən bizim iş adamları viza almaq istəyir. Amma səfirliyin olmaması müəyyən çətinliklər yaradır. Səfirliyin açılmasının ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə töhfə verəcəyinə əminəm".
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM