Səfir İlham Məmmədov Kabildə Taliban XİN rəhbəri ilə görüşüb

14:03 | 15.02.2024
Səfir İlham Məmmədov Kabildə Taliban XİN rəhbəri ilə görüşüb

Səfir İlham Məmmədov Kabildə Taliban XİN rəhbəri ilə görüşüb

Azərbaycanın Əfqanıstana təyin olunan səfiri İlham Məmmədov Kabilə getməklə radikal Taliban hərəkatı hökumətinin xarici işlər nazir Əmir Xan Müttəqi ilə görüşüb. Bu barədə Taliban Xarici İşlər Nazirliyinin nümayəndəsi Əbdül Qahar Bəlxi X-dəki səhifəsində məlumat verib.
 
"Azərbaycannın Kabildəki səfiri İlham Məmmədov Xarici İşlər Naziri Əmir Xan Müttəqi ilə görüşdə bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi məktubunu xarici işlər nazirinə təqdim edib”, - məlumatda deyilir.
 
Xarici işlər naziri 2023-cü ilin yekunlarına dair mətbuat konfrasında bildirib ki, 2024-cü il Tayland,Oman,Əfqanıstan və BMT-nin Asiya üzrə komissiyasında Azərbaycanın diplomatik missiyası fəaliyyətə başlayacaq.
 
Prezident İlham Əliyev 2021-ci il Əfqanıstana səfir təyin edilməsi ilə bağlı sərəncam imzalayıb və İlham Məmmədovu bu ölkəyə səfir təyin edib. 

Gülnar Nazimqızı 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM