İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin Astara gömrük-keçid məntəqəsində İran tərəfindən Azərbaycana kartofun gətirilməsinə məhdudiyyətlərin qoyulması barədə yayılan xəbərlərə münasibət bildirib.APA-nın məlumatına görə, səfir jurnalistlərə açıqlamasında bildirib ki, İranda Azərbaycana kartof ixracına heç bir məhdudiyyət qoyulmayıb: “İlin bəzi fəsillərində soyuq hava şəraiti ilə əlaqədar ölkədə bəzi kənd təsərrüfatı məhsulları, o cümlədən kartofun qıtlığı yaranır. Buna görə onların qiyməti qalxır və istehsalçılar məhsullarını ixrac edə bilmirlər”. Səfir qeyd edib ki, bu il Ərdəbildə kartofun yığımı yüksək olub: “Ümid edirəm ki, iki ay sonra yaxşı qiymətə kartof gətiriləcək. İran kartoflarının qiyməti bir az baha olsa da, digər ölkələrdən gətirilən kartoflardan daha yaxşıdır”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !