Heydər Hadi: İraqda az terrorçu qalıb.
İraqın Rusiyadakı səfiri Heydər Hadi bildirib ki, onun ölkəsi iki aydan sonra tamamilə İŞİD silahlılarından azad ediləcək.
"Report" xəbər verir ki, diplomat bunu "İzvestiya" qəzetinə müsahibəsində deyib.
"İraqda az terrorçu qalıb. Onların getməyə yeri yoxdur, xüsusən Suriya ilə sərhəddə onların sona qədər, ölənədək döyüşməkdən başqa heç nəyi qalmayıb. Və ümid edirəm ki, tezliklə onlar məhv ediləcək, İraq tamamilə İŞİD-dən azad ediləcək",- o deyib.
Bunun nə vaxt baş verəcəyi ilə bağlı suala cavabında səfir İraqın bir ay yarımdan sonra terrorçulardan təmizlənəcəyini bildirib. O, qeyd edib ki, Mosulun azad edilməsi 9 ay çəkib.
Səfirin sözlərinə görə, terrorçular dinc sakinlərdən canlı sipər kimi istifadə etməsəydilər, İraq qoşunları şəhəri daha tez azad edərdi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !