Səfir: İslamı İndoneziyaya azərbaycanlı gətirib

12:20 | 04.08.2017
Səfir: İslamı İndoneziyaya azərbaycanlı gətirib

Səfir: İslamı İndoneziyaya azərbaycanlı gətirib

İndoneziyaya islamı azərbaycanlı gətirib.

anews.az-ın Vestnik Kavkaza-ya istinadən verdiyi məlumata görə, bu barədə bu ölkənin Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani deyib.

O qeyd edib ki, İndoneziya dünyanın ən böyük müsəlman ölkəsidir və islamın tarixən yayıldığı ərazilər - Orta Asiya və Yaxın Şərqdən uzaqda yerləşir. 

"İslamı İndoneziyaya XIV əsrdə yaşayan və Səmərqənddən gələn Malik İbrahim adlı din xadimi gətirib. 

Mənbələrə görə, o, Səmərqəndə Xəzərin sahilindən, daha doğrusu, Azərbaycandan gəlib. O, Səmərqənddə islamı öyrənirdi, sonra İndoneziyaya gəldi. Beləliklə, islam İndoneziyada azərbaycanlılara görə yayılıb”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM