• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Səfir: "Argentinada Xocalı faciəsi haqda heç nə bilmirlər" - MÜSAHİBƏ

Səfir: "Argentinada Xocalı faciəsi haqda heç nə bilmirlər" - MÜSAHİBƏ
29.05.2020 10:23

ANN.Az saytının əməkdaşı Argentinanın Azərbaycandakı səfiri, cənab Karlos Dante Rivadan müsahibə götürüb. Həmin müsahibəni oxuculara təqdim edirik:- Argentina və Azərbaycanın ümumi cəhətləri hansılardır və bu iki ölkə arasında əlaqələrin istiləşməsinə nə kimi faydası dəyə bilər? - Biz bir-birimizi hələ daha çox tanımalıyıq. Bu, hökümətlərə görə yaranan problem deyil. Bizim siyasi əlaqələrimiz güclüdür, amma bizə ölkələrimizin və xalqlarımızın isti təması lazımdır ki, bir-birimizin mədəniyyətini, musiqisini, idmanını, rəssamlarını tanıyaq və bir-birimiz haqqında daha çox şeylər bilək. Bizə Argentinadan və Azərbaycandan olan şəhərlər və insanlar arasında ünsiyyət qurmaq lazımdır. - Azərbaycanın Argentinadakı diasporasının fəaliyyətini necə qiymətləndirirsiniz? - Siz Bakıda yaşayan argentinalıları barmaqla saya bilərsiniz. Məncə elə bu qədər sayda azərbaycanlı da Argentinada yaşayır. Bu, çox böyük say deyil. Biz hər sahədə mübadiləni artırmalıyıq - kino, idman və başqa sahələr.- Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında sizin ölkənizin mövqeyi nədən ibarətdir?- Dağlıq Qarabağ yalnız Azərbaycan və Ermənistan üçün yox, region üçün problemdir. Biz bu problemi həll etməliyik. Biz razılaşmaya nail olmaq üçün Minsk Qrupunun mövqeyini qətiyyətlə dəstəkləyirik. Bu, həqiqətən həm region üçün, həm də gələcək üçün əhəmiyyətlidir.- Argentinada Xocalı soyqırımı haqqında nə bilirlər?- Əsas problem odur ki, Argentinada Xocalı haqqında heç nə bilmirlər. Biz öz tərəfimizdən biliklərimizi təkmilləşdirməliyik. Əgər siz Agentinada kimdənsə Xocalı haqqında soruşsanız, heç bir cavab verə bilməyəcək. Çünki kimsəyə nəsə məlum deyil. Biz bunun üzərində birlikdə işləməliyik.- Argentina Azərbaycanı 1992-ci ildə müstəqil ölkə kimi tanıdı. O vaxtdan bu vaxta kimi bizim münasibətlərimizin əsas nailiyyəti nədən ibarətdir?- Argentina üçün əsas nailiyyət Azərbaycanda səfirliyinin açılmasıdır. Biz coğrafi cəhətdən bir-birimizdən uzaq olsaq da, Azərbaycanla bütün sahələrdə çalışmalı və əməkdaşlıq qurmalıyıq. Bu, bizim vəzifəmizdir.Cəmilə İbrahimANN.Az 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Siyasət 14:24
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Prezident qəbul keçirib
Siyasət 12:42
Prezident qəbul keçirib
TPAO yeni maliyyə öhdəlikləri çərçivəsində Şəfəq-Asiman” qaz kəşfiyyatına qoşulur — Bayraktar
Siyasət 11:53
TPAO yeni maliyyə öhdəlikləri çərçivəsində Şəfəq-Asiman” qaz kəşfiyyatına qoşulur — Bayraktar
Prezident Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Siyasət 22:25
Prezident Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Azərbaycanın Tehrandakı səfiri İranın XİN başçısının müavini ilə görüşüb
Siyasət 20:32
Azərbaycanın Tehrandakı səfiri İranın XİN başçısının müavini ilə görüşüb
Azərbaycan və Pakistan XİN başçıları ECO Zirvəsinin təfərrüatlarını müzakirə ediblər
Siyasət 18:30
Azərbaycan və Pakistan XİN başçıları ECO Zirvəsinin təfərrüatlarını müzakirə ediblər
Vətən müharibəsindən bəri 397 nəfər mina qurbanı olub - XİN
Siyasət 17:10
Vətən müharibəsindən bəri 397 nəfər mina qurbanı olub - XİN
Azərbaycan XİN Xorvatiyanı təbrik edib
Siyasət 20:10
Azərbaycan XİN Xorvatiyanı təbrik edib
İlham Əliyev BƏƏ liderinə zəng edib
Siyasət 19:19
İlham Əliyev BƏƏ liderinə zəng edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol