Ukraynada ölkənin ərazi bütövlüyü məsələsi müzakirə olunmur. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko ölkədəki vəziyyətə həsr edilmiş mətbuat konfransında deyib.Səfir bildirib ki, Krım Ukraynadan ayrılmaq məsələsini qaldırmır. Bu, Ukraynanın qərbi ilə şərqi arasında süni şəkildə formalaşdırılan qarşıdurmanın yeni modelidir: "Bu gün Ukraynada legitim hakimiyyət mövcuddur və yeni hökumət bu gün parlamentdə təsdiq olunacaq".A.Mişenko deyib ki, Yanukoviçin siyasəti özünün və ailəsinin varlanmasına yönəlmişdi: "Son iki-üç ay ərzində yerli hakimiyyət idarəçiliyi, eləcə də səfirlik maliyyələşdirilmirdi".Səfir qeyd edib ki, Ukraynanın Rusiya ilə həmişə yaxşı münasibətləri olub və Kiyev ümid edir ki, bu münasibətlər bundan sonra da davam edəcək və dəyişməyəcək.Diplomatın sözlərinə görə, bu gün Ukraynadakı siyasi qüvvələr bütün xalqlara və millətlərə tamamilə tolerant münasibət göstərdiklərini bəyan edirlər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !