Səfirlik girov ailələrinin məktubunu şərh etdi

20:20 | 25.07.2014
Səfirlik girov ailələrinin məktubunu şərh etdi

Səfirlik girov ailələrinin məktubunu şərh etdi

“Daxil olan məktub diqqətlə nəzərdən keçiriləcək”.

Rusiyanın Azərbaycandakı səfirliyi işğal altında olan Kəlbəcər rayonunda ermənilərin əsir götürdükləri Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri tərəfindən məktubun daxil olduğunu təsdiq edib.Rusiyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, məktub diqqətlə nəzərdən keçiriləcək.“Doğrudan da səfirin adına Q.Əsgərovdan məktub daxil olub. O iddia edir ki, D.Əsgərov Kəlbəcərdə məlum insident zamanı saxlanılıb və o, Rusiya vətəndaşıdır. Bu məktub diqqətlə nəzərdən keçiriləcək və onu göndərən şəxsə cavab veriləcək”, - deyə səfirlikdən bildiriblər.Həmçinin Rusiya vətəndaşı olan A.Veselovanın səfirliyin konsulluq şöbəsinə həyat yoldaşı, Azərbaycan vətəndaşı Ş.Quliyevin axtarışına kömək etmək xahişi ilə müraciət etdiyi təsdiqlənib. A.Veselovaya bütün lazımi izahatlar verilib. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM