Səfirlik: Ukrayna ordusu Krımda güc tətbiqinə təhrik edilir

20:03 | 04.03.2014
Səfirlik: Ukrayna ordusu Krımda güc tətbiqinə təhrik edilir

Səfirlik: Ukrayna ordusu Krımda güc tətbiqinə təhrik edilir

“Rusiya Federasiyasının siyasi rəhbərliyi Krım Muxtar Respublikasında vəziyyətin qeyri-sabit hala gəlməsi üçün kompleks tədbirlər həyata keçirir. Ukrayna Silahlı Qüvvələrinin güc tətbiqinə təhrik edilməsi də davam etdirilir”.APA-nın xəbərinə görə, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyinin bəyanatında deyilir.   Bəyanatda bildirilir ki, Krımda Ukrayna Silahlı Qüvvələrinin hərbçilərini öz andından imtina edərək silahı yerə qoymağa və Rusiya, yaxud Krım separatçılarının tərəfinə keçməyə sövq etmək üçün fəal cəhdlər davam edir, Ukrayna ərazisində Rusiya qoşunlarının sayı artırılır: “Rəsmi Kiyev Rusiya tərəfini aqressiv hərəkətlərə son qoymağa inandırmaq, beynəlxalq ictimaiyyəti Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstək məqsədilə səfərbər etmək üçün bütün siyasi-diplomatik metodlardan istifadə etməkdədir. Ukraynanın bütün dövlət orqanları təxribatların qarşısını almağa, eyni zamanda Rusiyanın aqressiv hərəkətlərinin inkişafı halında lazımi cavab tədbirləri görülməsinə istiqamətlənib. İndiyədək Ukrayna tərəfindən Rusiya silahlı qüvvələrinə, Rusiya vətəndaşlarına və ölkənin rusdilli əhalisinə qarşı hər hansı provokativ addım qeydə alınmayıb”. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb