Səfirliklər Bakıda çadır qurdular - Fotolar

15:45 | 26.05.2014
Səfirliklər Bakıda çadır qurdular - Fotolar

Səfirliklər Bakıda çadır qurdular - Fotolar

Mayın 31-də İçərişəhərdə - Qoşa qala qapısı meydanında "Avropa şəhərciyi" (Eurovillage-2014) təşkil ediləcək. "Yeni Müsavat"ın məlumatına görə, tədbir Avropa İttifaqı və bu quruma üzv olan ölkələrin Azərbaycandakı səfirliklərinin təşkilatçılığı ilə keçiriləcək. Mayın 26-da tədbirlə bağlı hazırlıqlara start verilib. Təşkilat komitəsindən verilən məlumata görə, birgünlük tədbirdə Avropa İttifaqına üzv olan bir sıra ölkələrin çadırları qurulacaq. Şəhər sakinləri və xarici qonaqlar həmin çadırlara yaxınlaşaraq müxtəlif ölkələrin mədəniyyətləri, tarixləri və milli xüsusiyyətləri barədə əyləncəli və maraqlı şəkildə məlumat alacaqlar.Bundan əlavə, tədbirdə qonaqlar üçün geniş mövzulu viktorinaların, xor kollektivləri və müxtəlif janrlarda ifaçıların çıxışlarının təşkil olunması planlaşdırılıb.Tədbirin sonunda isə Niderland, Xorvatiya, Estoniyadan olan musiqiçilərin konserti təqdim olunacaq.Həmin gün şəhərimizin sakinləri və qonaqlar İçərişəhərdəki "Avropa şəhərci"yini gəzərkən özlərini virtual olaraq Avropada hiss edəcəklər.“İçərişəhər” Dövlət Qoruğu İdarəsindən “Yeni Müsavat”a verilən məlumata görə, “Avropa Şəhərciyi” İçərişəhərdə 31 may tarixində saat 11-dən saat 21-dək açıq olacaq. İstirahət günlərində qonaqlar Aİvə ona üzv dövlətlərin stendlərinə gedə biləcək, Aİ-nın yardımı ilə Azərbaycanda icra olunan layihələrlə tanış olacaq, Aİ səfirlərinin müxtəlif təqdimatlarını və nitqlərini dinləyə biləcək, rəqs, dil dərsləri keçəcək, karaoke oxuyacaq, Avropa mətbəxini dadmaq, müxtəlif viktorinalarda iştirak etmək və müxtəlif mükafatlar qazanmaq imkanı əldə edəcək. Hər iki axşam Azərbaycanın məşhur və Avropanın istedadlı musiqiçilərinin həm klassik, həm də müasir üslubda ifası ilə keçiriləcək konsertlərlə yekunlaşacaq. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM