"Şəhərdən kəndə” layihənin həyata keçirilməsi nəticəsində həm
fermerlərin, həm də turist kimi bölgələrə səfər edən yerli əhalinin maraqları təmin
ediləcək", bunu Anews.az-a açıqlamasında Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin
İnformasiya və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Mayıs
Musayev deyib.
Onun sözlərinə görə, "Şəhərdən- Kəndə” layihəsinin əsas
məqsədi aqroekoturizmin ölkəmizdə inkişaf etməsi, kiçik və orta fermer təsərrüfatı
sahiblərinin son nəticədə həm məhsullarının satışına dəstək göstərmək, həm də
onlar üçün yeni satış kanalı yaratmaqdır. Eyni zamanda onların bu turizm xidmətindən
istifadə etmək yolu ilə qazanclarının artırılmasına yönəlmiş bir layihədir.
Aqroetoturizm layihəsi çərçivəsində ilk növbədə bu turizmə yararlı fermer, kəndli təsərrüfatının tapılması ilə məşğul olacayıq. Və bu zaman bütün əməkdaşlarımız
bütün bölgələrə səfər edəcək. Yerində təsərrüfatlar ilə tanış olacaq. Təsərrüfat
sahiblərinin şəraitini layihənin tələbləriə uyğun olub olmadığını yoxluyacaq. Və
layihəyə uyğun olan fermer təsərrüfatlarından müqavilə bağlanacaq və layihə çərçivəsində
əməkdaşlıq ediləcək.
Eyni zamanda bu layihəyə qoşulmaq istəyən fermerlər özləri
də bizə müraciət edə bilərlər. Həm "Şəhərdən- kəndə" saytı vasitəsilə həm də Dövlət Aqrar Ticarət şirkətinin çağrı mərkəzinə müraciət etməklə fermerlər bu layihəyə qoşula bilərlər. İnternet imkanı olmuyan, zəng etmək imkan olmuyan fermerlər isə
bölgələrdə yerləşən Dövlət Aqrar Mərkəzləri vasitəsilə bu layihəyə qoşulmaq
üçün müraciət edə bilərlər. Müraciətlərdən sonra fermerlərin təsərrüfatına
baxış keçiriləcək və uyğun olub olmadığını yoxladıqdan sonra əməkdaşlıq ediləcək.
Fermerlərin qazancı ondan ibarət olacaq ki, tutaq ki şəhər əhalisi kənd həyatında
iştirak etmək istəyir, vaxtlarını səmərəli keçirtmək istəyir, eyni zamanda bura əcnəbi
turistlər də dəvət olunacaq. Bildiyiniz kimi xaricdə bu aqroetoturizmlə bağlı
kifayət qədər layihələr var və beynəlxalq təcrübə kifayət qədərdir. Biz də bu
modelin Azərbaycan variantını işə salmaq və daha da inkişaf elətdirmək üçün bu
layihəyə start vermişik.
İlk öncə fermerlərin bazalarını formalaşdıracayıq. Onların
maarifləndirməsini həyata keçirəcəyik ki, layihə üçün hansı işlər görülməlidir
və tələblər nədən ibarətdir. Və layihədə iştirak etmək üçün fermerlər hansı təsərrüfata,
hansı imkanlara sahib olmalıdır. Qeyd edim ki, fermerlər bütün sahələr üzrə məşğul
olan fermerlər həm maldarlıq- heyvandarlıqla məşğul olan fermerlər eyni zamanda
bağçılıq-əkinçiliklə məşğul olan fermerlər bu layihəyə qoşula bilər.
Turistlər
bizim sayt vasitəsilə müraciət edə biləcəklər. Onlar hansı təsərrüfatda gedib
dincəlmək istəyirlərsə sayt vasitəsilə bunu edə biləcəklər. Və beləliklə fermer
təssərüfatına, kəndlinin yanına gələ biləcəklər. Bu zaman turistin həmin kəndlinin
evində qalmasına görə ödəniş olunacaq. Qalmaq xərci ödüyəcək bundan başqa
turist orda həmin təsərrüfatda qalarkən qidalanma məsələsi fermer tərəfindən həyata
keçiriləcək. Və bunun üçün turist ona yenə ödəniş edəcək. Eyni zamanda fermerin
yetişdirdiyi məhsullar, istehsal elədiyi ərzaqlar meyvə-tərəvəz bu kimi təsərrüfatdan
əldə olunan məhsullardan həmin turist ala bilər və qayıdarkən öz ölkəsinə
apara bilər. Bu zamanda biz həmin fermerin məhsullarının satışına nail
olmuş olacayıq.
Layihənin əsas məqsədi həm ölkəmizdə həm bölgəmizdə aqroetoturizmi
inkişaf elətdirməkdir. Bu turizm layihəsinə qoşulmuş fermerlərin
sosial rifahını yaxşılaşdırılmasına çalışmaq onlar üçün yeni xidmət sahələrini
yaratmaq və fermərlər üçün yeni satış kanalları yaratmaqdan ibarətdir.
Düşünürük
ki, bu turistlərin bölgələrə cəlb
oluması sayəsində fermerlərin həm məşğulluğu artacaq, həm də onlar
artıq yeni xidmət növü ilə məşğul olacaq. Təkcə təsərrüfat əkib-becərməklə və
ya heyvandarlıqla məşğul olmuyacaqlar. Eyni zamanda bir xidmət ortaya qoyacaqlar.
Dolayı yolla bu həm də ölkəmizin milli - mənəvi dəyərlərinin və bölgələrimizin təbliğinə
xidmət edəcək ekologiyamızın təbiətimizin, tarixi abidələrimizin tanıtımına xidmət
göstərəcək.
Bu layihənin beynəlxalq təcrübədə kifayət qədər uğur qazandığını
göz önünə gətirsək hesab edirəm ki, ölkəmizdə də bu layihə öz uğurlu nəticəsi
ilə fərqlənəcək. Çünki Azərbaycanın kifayət qədər zəngin təbiəti və ekologiyası
var. Biz bunun üçün lazım olan bütün işləri görməliyik. Nəticədə fermerlər və
Azərbaycan kənd təsərrüfatı qazanacaq. Biz bütün fermerləri bu layihəyə
qoşulmağa dəvət edirik. Öz təsərrüfatları ilə yanaşı turizm xidməti ilə də məşğul
olsunlar. Bu həm onların qazancını artıracaq həm də ölkəmizin tanıtımına xidmət
edəcək.
Gülnar Nazimqızı
Bizi sosial şəbəkələrdə izləyin !