Mayıs Musayev : "Turistlər kəndlinin evində qala biləcək"

09:00 | 06.06.2019
Mayıs Musayev :

Mayıs Musayev : "Turistlər kəndlinin evində qala biləcək"

"Şəhərdən kəndə” layihənin həyata keçirilməsi nəticəsində həm fermerlərin, həm də turist kimi bölgələrə səfər edən yerli əhalinin maraqları təmin ediləcək", bunu Anews.az-a açıqlamasında Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin İnformasiya və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Mayıs Musayev deyib.

Onun sözlərinə görə,  "Şəhərdən- Kəndə” layihəsinin əsas məqsədi aqroekoturizmin ölkəmizdə inkişaf etməsi, kiçik və orta fermer təsərrüfatı sahiblərinin son nəticədə həm məhsullarının satışına dəstək göstərmək, həm də onlar üçün yeni satış kanalı yaratmaqdır. Eyni zamanda onların bu turizm xidmətindən istifadə etmək yolu ilə qazanclarının artırılmasına yönəlmiş bir layihədir. Aqroetoturizm layihəsi çərçivəsində ilk növbədə bu turizmə yararlı fermer, kəndli təsərrüfatının tapılması ilə məşğul olacayıq. Və bu zaman bütün əməkdaşlarımız bütün bölgələrə səfər edəcək. Yerində təsərrüfatlar ilə tanış olacaq. Təsərrüfat sahiblərinin şəraitini layihənin tələbləriə uyğun olub olmadığını yoxluyacaq. Və layihəyə uyğun olan fermer təsərrüfatlarından müqavilə bağlanacaq və layihə çərçivəsində əməkdaşlıq ediləcək.
 
Eyni zamanda bu layihəyə qoşulmaq istəyən fermerlər özləri də bizə müraciət edə bilərlər. Həm "Şəhərdən- kəndə" saytı vasitəsilə həm də Dövlət Aqrar Ticarət şirkətinin çağrı mərkəzinə müraciət etməklə fermerlər bu layihəyə qoşula bilərlər. İnternet imkanı olmuyan, zəng etmək imkan olmuyan fermerlər isə bölgələrdə yerləşən Dövlət Aqrar Mərkəzləri vasitəsilə bu layihəyə qoşulmaq üçün müraciət edə bilərlər. Müraciətlərdən sonra fermerlərin təsərrüfatına baxış keçiriləcək və uyğun olub olmadığını yoxladıqdan sonra əməkdaşlıq ediləcək. Fermerlərin qazancı ondan ibarət olacaq ki, tutaq ki şəhər əhalisi kənd həyatında iştirak etmək istəyir, vaxtlarını səmərəli keçirtmək istəyir, eyni zamanda bura əcnəbi turistlər də dəvət olunacaq. Bildiyiniz kimi xaricdə bu aqroetoturizmlə bağlı kifayət qədər layihələr var və beynəlxalq təcrübə kifayət qədərdir. Biz də bu modelin Azərbaycan variantını işə salmaq və daha da inkişaf elətdirmək üçün bu layihəyə start vermişik.

İlk öncə fermerlərin bazalarını formalaşdıracayıq. Onların maarifləndirməsini həyata keçirəcəyik ki, layihə üçün hansı işlər görülməlidir və tələblər nədən ibarətdir. Və layihədə iştirak etmək üçün fermerlər hansı təsərrüfata, hansı imkanlara sahib olmalıdır. Qeyd edim ki, fermerlər bütün sahələr üzrə məşğul olan fermerlər həm maldarlıq- heyvandarlıqla məşğul olan fermerlər eyni zamanda bağçılıq-əkinçiliklə məşğul olan fermerlər bu layihəyə qoşula bilər.
 
Turistlər bizim sayt vasitəsilə müraciət edə biləcəklər. Onlar hansı təsərrüfatda gedib dincəlmək istəyirlərsə sayt vasitəsilə bunu edə biləcəklər. Və beləliklə fermer təssərüfatına, kəndlinin yanına gələ biləcəklər. Bu zaman turistin həmin kəndlinin evində qalmasına görə ödəniş olunacaq. Qalmaq xərci ödüyəcək bundan başqa turist orda həmin təsərrüfatda qalarkən qidalanma məsələsi fermer tərəfindən həyata keçiriləcək. Və bunun üçün turist ona yenə ödəniş edəcək. Eyni zamanda fermerin yetişdirdiyi məhsullar, istehsal elədiyi ərzaqlar meyvə-tərəvəz bu kimi təsərrüfatdan əldə olunan məhsullardan həmin turist ala bilər və qayıdarkən öz ölkəsinə apara bilər. Bu zamanda biz  həmin fermerin məhsullarının satışına nail olmuş olacayıq.
 
Layihənin əsas məqsədi həm ölkəmizdə həm bölgəmizdə aqroetoturizmi inkişaf elətdirməkdir. Bu turizm layihəsinə qoşulmuş fermerlərin sosial rifahını yaxşılaşdırılmasına çalışmaq onlar üçün yeni xidmət sahələrini yaratmaq və fermərlər üçün yeni satış kanalları yaratmaqdan ibarətdir.
 
Düşünürük ki, bu turistlərin bölgələrə cəlb  oluması sayəsində fermerlərin həm məşğulluğu artacaq, həm də onlar artıq yeni xidmət növü ilə məşğul olacaq. Təkcə təsərrüfat əkib-becərməklə və ya heyvandarlıqla məşğul olmuyacaqlar. Eyni zamanda bir xidmət ortaya qoyacaqlar. Dolayı yolla bu həm də ölkəmizin milli - mənəvi dəyərlərinin və bölgələrimizin təbliğinə xidmət edəcək ekologiyamızın təbiətimizin, tarixi abidələrimizin tanıtımına xidmət göstərəcək.
 
Bu layihənin beynəlxalq təcrübədə kifayət qədər uğur qazandığını göz önünə gətirsək hesab edirəm ki, ölkəmizdə də bu layihə öz uğurlu nəticəsi ilə fərqlənəcək. Çünki Azərbaycanın kifayət qədər zəngin təbiəti və ekologiyası var. Biz bunun üçün lazım olan bütün işləri görməliyik. Nəticədə fermerlər və Azərbaycan kənd təsərrüfatı qazanacaq. Biz bütün fermerləri bu layihəyə qoşulmağa dəvət edirik. Öz təsərrüfatları ilə yanaşı turizm xidməti ilə də məşğul olsunlar. Bu həm onların qazancını artıracaq həm də ölkəmizin tanıtımına xidmət edəcək.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti