Səhər saatlarında Bakı metrosunda çaşqınlıq – NƏ BAŞ VERİR? - VİDEO

09:42 | 11.08.2018
Səhər saatlarında Bakı metrosunda çaşqınlıq – NƏ BAŞ VERİR? - VİDEO

Səhər saatlarında Bakı metrosunda çaşqınlıq – NƏ BAŞ VERİR? - VİDEO

Bu gün Bakı metrosunda sərnişinlər çaşqınlıq yaşayıblar.

Bu barədə hadisə şahidləri BAKU.WS-ə bildiriblər. Verilən məlumata görə, metronun "Həzi Aslanov” xəttindən qatarlar ancaq "Dərnəgül” istiqamətinə hərəkət edib.

"Səhər saat 7 və 8 radələrində metronun "Həzi Aslanov” xətti istiqamətindən təkcə "Dərnəgül” istiqamətinə hərəkət var. "İçərişəhər” istiqamətinə qatar işləmir. Artıq 5-6 qatar buraxmışıq. Hamısı "Dərnəgül”ə gedir”, - deyə bildiriblər.

Məsələ ilə bağlı Bakı Metropoliteni ilə əlaqə saxladıq. Qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu qatarların hərəkətinin tənzimlənməsilə əlaqədardır.

"Səhər saatlarında "Həzi Aslanov” stansiyası istiqamətindən təkcə "Dərnəgül” istiqamətinə qatarlar gedir. "İçərişəhər” stansiyasına getmək istəyənlər isə "Nərimanov” stansiyasında düşməlidirlər. "Bakmil” stansiyasından gələn qatarlar "İçərişəhər”ə hərəkət edir. Sonrakı saatlarda isə bu qrafik tənzimlənir", - deyə qurum rəsmisi bildirib.

Qeyd edək ki, yay qrafiki ilə əlaqədar bu problem davam edəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb