Şəhərlərarası avtobusların sayı artırılacaq

11:00 | 16.03.2014
Şəhərlərarası avtobusların sayı artırılacaq

Şəhərlərarası avtobusların sayı artırılacaq

Azərbaycan  Novruz bayramı ilə əlaqədar sərnişin çoxluğu nəzərə alınaraq, şəhərlərarası avtobusların sayı iki dəfə artırılacaq.

ANS PRESS-in xəbərinə görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksi Novruz bayramı ilə əlaqədar martın 15-dən 26-dək gücləndirilmiş iş rejimində çalışacaq.

Bu bayram günlərində ölkədə sərnişindaşımada intensivliyin artması ilə bağlıdır. Adi günlərdə 6-7 min sərnişin daşınırdısa, bayram günlərində bu rəqəmin 15 minə çatacağı gözlənilir. Əhalinin tələbatını ödəmək üçün marşrutlara buraxılacaq avtobusların sayı iki dəfəyədək artırılacaq.

Bununla əlaqədar artıq ayrı-ayrı hüquqi və fiziki şəxslərlə danışıqlar aparılıb, qiymət intizamına nəzarət komissiyası yaradılıb. Sərnişinlər biletlərin qiymətinin qanunsuz olaraq artırılması halları ilə qarşılaşarsa, kompleksdəki dispetçer məntəqəsinə müraciət edə bilərlər.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti