"Maşın” realiti-şounun üç finalçısından dan biri -Vüsalə Əlizadə oyunu tərk edib. Onun səhhətinin pisləşdiyi deyilir.
Yenicag.az aparıcının ailəsi ilə əlaqə saxlayıb. Vüsalənin bacısı Xəyalə Dadaşova baş verənlərdən xəbərsiz olduğunu deyib:
"Vüsalənin əlini maşından götürməsini bilmirik. Əgər götürübsə də, normal qəbul edirik. Anam da, biz bacılar da ona yalvar-yaxar etmişdik ki, səhhətin pisləşməmiş əlini maşından götür. Onsuz da o, qalibdir, finala qədər gəlib çıxıb. Dostları, qohumları, sevənləri də kifayət qədər SMS göndərib. O pullar Vüsalənin canına qurban olsun. Əsas onun səhhətidir. Bir ovladı var, yüz elə maşın bacıma qurban olsun”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !