Şəhid ailələrinin hospitaldan pulsuz istifadə hüququ var imiş

22:27 | 12.10.2017
Şəhid ailələrinin hospitaldan pulsuz istifadə hüququ var imiş

Şəhid ailələrinin hospitaldan pulsuz istifadə hüququ var imiş

Mülki şəxslər hospitallardan istifadə edə bilərmi?

Mövzu ilə bağlı sualları Vəkillər Kollegiyasının üzvü, vəkil Sadiq Əfəndiyev cavablandırıb.

"Ümumiyyətlə hospital silahlı qüvvələrin və digər güc sturukturlarının əməkdaşlarına, işçilərinə və təqaüdçülərinə, habelə onların ailə üzvlərinə pulsuz tibbi yardım göstərən tibb müəssəsidir. Hospitallar tibb müəssisələri olaraq dövlət adından yaradılsa da mövcud qanunvericiliyə görə onların ixtissaslaşdırılmış pullu tibbi yardım göstərmək hüquqları var. Təbii ki, hər hansı bir hospitalda həyata keçirilən pullu tibbi yardım onun tabe olduğu orqana aid olmayan şəxslər üçün nəzərdə tutulub. Bu baxımdan hər kəs müəyyən olunmuş ödənişi etməklə hospitallarda göstərilən tibbi xidmətlərdən yararlana bilər.”

Bəs şəhid və həlak olan hərbçilərin, polislərin və digər güc sturukturlarının əməkdaşlarının ailə üzvləri bu xidmətlərdən istifadə edə bilərmi?

" Bəli, ailə üzvləri deyərkən həyat yoldaşı və övladları nəzərdə tutulur. Onlar ailə üzvlərini itirdikdən sonra belə tibbi xidmətlərdən pulsuz istifadə edə bilərlər.”

Qeyd: Əgər sizi də hüquqi sahədə maraqlandıran hər hansı sual varsa, BURADAN bizə müraciət edin. 


Miri Məcidli
femida.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM