Balakən rayonunun Katex kəndindən olan Vətən müharibəsi şəhidi Yusif Təmirovun anası Məkkə Təmirova dünyasını dəyişib.
Bu barədə "Qafqazinfo”ya mərhumun yaxınları məlumat verib.
Qeyd edək ki, 25 yaşlı Y. Təmirov II Qarabağ müharibəsinin iştirakçısı olub. O, Suqovuşanın azad olunması uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Y. Təmirov Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə” və "Cəsur döyüşçü” medalları ilə təltif olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !