Xəbər verdiyimiz kimi, oktyabrın 22-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan Ordusunun əsgəri Zeynalov Cabbar Firuddin oğlu şəhid olub.
"Qaynarinfo"nun yenicag.az-a istinadən məlumatına görə, Cabbar Zeynalov 1999-cu ildə Saatlı rayonunun Heydərabad kəndində anadan olub. O, 2017-ci il aprel ayında həqiqi hərbi xidmətə çağırılıb.
18 yaşında şəhidlik zirvəsinə çatan Zeynalov bu gün Saatlı rayonunda torpağa tapşırılacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !