Şəhid general Polad Həşimovun müəllimləri və sinif yoldaşları – Vinetka FOTOLARI

10:22 | 16.07.2020
Şəhid general Polad Həşimovun müəllimləri və sinif yoldaşları – Vinetka FOTOLARI

Şəhid general Polad Həşimovun müəllimləri və sinif yoldaşları – Vinetka FOTOLARI

Şəhid general Polad Həşimov Sumqayıt şəhər Mikayıl Müşfiq adına 34 saylı orta məktəbdə təhsil alıb.

Yeniavaz.com Polad Həşimovun IX sinifdə təhsil alarkən - 1990-cı ildə çıxarılmış vinetkasının fotolarını əldə edib.
 
Vinetkada Polad Həşimovun sinif yoldaşlarının, müəllimlərinin və təhsil aldığı orta məktəbin fotosu əks olunub. Fotolarda şəhid generalın IX sinifdə təhsil alarkən sinif nümayəndəsinin müavini olduğu görülür.

Həmin fotoları təqdim edirik:Qeyd edək ki, general-mayor Polad Həşimov torpaqlarımızın müdafiəsi uğrunda Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olub.
Bu zaman həmçinin polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elçin Mustafazadə, baş leytenant Rəşad Mahmudov, çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov da qəhrəman olublar.

Allah şəhidlərimizə rəhmət etsin!




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti