Kapitan Nəcməddin Savalanov
Nəcməddin Akif oğlu Savalanov(d.26 fevral1985;İmişli,Azərbaycan- ö. 8 may2016;Bakı,Azərbaycan) —Azərbaycan Silahlı
Qüvvələrinin zabiti (kapitanı).2016-cı
ildə Aprel döyüşləri zamanı
yaralansada, may ayında şəhid olub, ölümündən sonra "İgidliyə
görə" medalı ilə təltif edilib.
Həyatı
Nəcməddin Savalanov 1985-ci ilin 26 fevral günündə İmişli rayonunun Göbəktala kəndində anadan olub. Nəcməddin Savalanov ailəli idi, iki qız və bir oğlan övladı
yadigar qalıb.
Hərbi xidməti
Kapitan Nəcməddin Savalanov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən
atışma zamanı ayağından və çiynindən ağır qəlpə yarası aldı. Mayın 8-i Nəcməddin Savalanov Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş
Klinik Hospitalında vəfat etdi.
Mayın 9-u isə
Nəcməddin Savalanov doğulduğu İmişli rayonunun Göbəktala kəndində son mənzilə yola salındı.
Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi
hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım
atəşi açıldı və kapitan Savalanov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Nəcməddin
Savalanov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə
görə" medalı ilə təltif edildi.
Həyatda çox yollar var. Tale yönümlü bu yolların, cığırların qovuşaraq birgə və yaxud ayrı-ayrılıqda son mənzilə çatacaq qəribə, müəmmalı, müxtəlif həyat tərzləri var. Bu yollardan biri və müqəddəsi də ölməzliyə, şəhidliyə aparan yoldur. Bu yolun yolçusu olmaq üçün ən ümdəsi, gərək damarlarında döyüşkən ulu babalarının saf qan daşıcıyıları ola. O toxumlar, o hüceyrələr min ilin yolçusu ola. Bu mütləqdir!
Biz bir şəhid, aprel döyüşlərində qəhramancasına həlak olmuş, N saylı Hərbi Hissədə Qərargah rəisi kapitan Nəcməddin Savalanov haqqında kiçik bir sənədli film hazırlamaq qənaətinə gəldik. Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurası layihə çərçivəsində bizi dəstəklədi. Beləliklə, biz şəhid Savalanovun izi ilə onun dünyasına aparan yolun sorağına çıxdıq. Balası 3 yaşlı Amiddən tutmuş anasınadək, qızları Leyla və Nuraydan başlamış, məktəbdən, eldən-obadan, dostlarından, Hərbi Ali məktəbdən, Korpusdan, Qərargah rəisi olduğu Hərbi Hissədən, aprel döyüşləri zamanı silahdaşlarından, şəhid Savalanovu sorduq, onun dünyasını axtardıq.
Anasından 3 yaşlı nəvəsinə əlləriylə hərbi forma hazırladığını, atalarının nəşi üzərində kiçik yaşlı uşaqların Vətən və Bayraq şerlərinin ifasında vətən sevgisini duyduq. Anası Nəcməddinin iç dünyasından danışdı, qarışıq yuxularından söhbət açdı. Yuxularında Xocalı soyqrımından, snayperə tuş gəlmiş şəhidlərimizin ruhundan, mənim də şəhidliyimə hazır olun deməsini eşitdk.
Beləcə addım-addım Nəcməddinin ruhunun arxasınca getdik. Yatdığı çarpayılara uzandıq, iş otağında, tədris mərkəzində, Hərbi Hissənin hər bir guşəsində onu duyduq, aradıq, hiss etdik və silahdaşlarından Nəcməddin haqqında rəvayətlərə bənzər igidlik və vətən sevgisinin şahidi olduq.
Allah sənə və bütün şəhidlərimizə rəhmət eyləsin. İnanırıq ki, amalı uğrunda vuruşaraq şəhid olduğunuz bu torpaqlar azad olunacaq. Çəkdiyimiz kiçik bu sənədli film, gələcəkdə böyük bədii filmin yaranacağına yol açacaqdır. (karabakhmedia.az)
www.anews.az