Mart ayında şəhid olan zabit Lənkəranda anıldı.
Bu gün Lənkəranda 2015-ci martın 25-i cəbhənin Ağdan istiqamətində şəhid olmuş İqbal Əhmədovun doğum günü qeyd edilib. Azərbaycan Ordusunun şəhid zabitinin xatirə gününə təkcə yaxınları deyil, rayon ictimaiyyəti, Müdafiə Nazirliyinin rəsmiləri də toplaşıblar.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, ə verdiyi məlumata görə mərasim iştirakçıları ilk öncə şəhidin məzarını ziyarəti edib. 17 il ön cəhbədə erməni qəsbkarlarına qarşı peşəkar zabit kimi vuruşan İqbal Əhmədovun döyüş şücaətləri, fərdi keyfiyyətləri bir daha dilə gətirilib, ruhu minnətdarlıqla yad edilib.
Xatirə tədbiri Lənkəran şəhərindəki H.Əliyev mərkəzində davam etdirilib.Çıxışlarda şəhid zabitin hamıya örnək ola biləcək həyat yolundan söz açılıb. Mərasimdə şəhidin ölmündən sonra layiq görüldüyü "Hərbi xidmətdə fərqlənməyə görə” medalı 8 yaşlı oğlu Kənana təqdim edilib.
Anım mərasimində iştirak edən şəhidin anası oğlu ilə fəxr etdiyini deyib. "Təəsüflənmirəm, çünki oğlum vətən uğrunda, öz ana bacıları uğrunda şəhid olub".
Xatırladaq ki, iki uşaq atası olan şəhid zabitin bu gün 35 yaşı tamam olur. Onun 12 yaşlı qızı Fatimə və 8 yaşlı oğlu Kənan qalıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !