Şəhid Orxan Əsgərov dəfn olunur - CANLI YAYIM

12:07 | 30.01.2023
Şəhid Orxan Əsgərov dəfn olunur - CANLI YAYIM

Şəhid Orxan Əsgərov dəfn olunur - CANLI YAYIM

Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı şəhid olan Orxan Əsgərov II Fəxri Xiyabanında dəfn olunur.  Dəfn mərasimində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, müdafiə naziri Zakir Həsənov, daxili işlər naziri Vilayət Eyvazov, müdafiə sənayesi naziri Mədət Quliyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov və digər dövlət rəsmiləri iştirak edir.      
Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın edilib. Kalaşnikov avtomatı ilə silahlanmış o, diplomatik nümayəndəliyin təhlükəsizlik xidmətinin rəhbərini öldürüb. Silahlı hücumu dəf edərkən səfirliyin daha iki mühafizəçisi yaralanıb, onların vəziyyəti qənaətbəxşdir. Hazırda hücumla bağlı araşdırma aparılır.
 
Azərbaycan prezidenti İlham Əliyev bu hadisəni terror adlandıraraq şiddətlə qınadığını və rəsmi Tehrandan tezliklə tədbir görəcəyini gözlədiyini bildirirb.
 
Aytac Zeynalova 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM