Şəhid Səbuhi Əhmədovun qardaşı verdiyi açıqlamanı təkzib edib - VİDEO - YENİLƏNDİ

16:57 | 16.09.2022
Şəhid Səbuhi Əhmədovun qardaşı verdiyi açıqlamanı təkzib edib - VİDEO - YENİLƏNDİ

Şəhid Səbuhi Əhmədovun qardaşı verdiyi açıqlamanı təkzib edib - VİDEO - YENİLƏNDİ

Azərbaycan-Ermənistan sərhədində 2022-ci il sentyabrın 12-13-də yaranan son  gərginlik nəticəsində şəhid olan gizir  Səbuhi Əhmədovun Müdafiə Nazirliyinin adı bildirilməyən əməkdaşına "Komando" xüsusi briqadasına düşmək üçün 6 min manat rüşvət verməsi barədə məlumatı hazırda prokurorluq orqanları tərəfindən araşdırma aparılır. Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
 
"Ötən gün qeyd edildiyi kimi, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun 1-ci videoda səsləndirdiyi fikirlərlə bağlı hazırda prokurorluq orqanları tərəfindən araşdırma aparılır. Eyni zamanda, Sənan Əhmədovun sosial mediada yayılmış 2-ci videoda göstərdiyi xüsusatlar tam və hərtərəfli araşdırılır. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək. Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, bu həssas mövzu ilə bağlı dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verilməsin", - Mətbuat Xidmətindən qeyd edilib.
 
************
 
Azərbaycan-Ermənistan sərhədində 2022-ci il sentyabrın 12-13-də yaranan son  gərginlik nəticəsində şəhid olan gizir  Səbuhi Əhmədovun Müdafiə Nazirliyinin adı bildirilməyən əməkdaşına "Komando" xüsusi briqadasına düşmək üçün 6 min manat rüşvət verməsi barədə məlumat yanlışdır. Bunu Facebook-da yayılan video müraciətində onun qardaşı Sənan Əhmədov bildirib. 
 
"Sosial şəbəkələrdə yayılmış, Səbuhinin verdiyi 6 min manat məsələsinə toxunmaq istəyərdim. Bu məsələni araşdırdım, aydınlaşdırdım ki, bunun vəzifə dəyişikliyinə heç bir aidiyyəti yoxdur. Ailə daxili məsələlərə görə xərclənilib. Diqqətinizə görə çox sağ olun. Amma bu məsələri qaldırıb, ailəmizi də, qardaşımın ruhunu da incitməyək", - Sənan Əhmədov deyib.
 
Şəhid gizir Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov sentyabrın 14-də jurnalistlərə və blogerlərə verdiyi açıqlamada onun qardaşından "Komando" xüsusi briqadasına götürülməsi  üçün 6000 manat rüşvət istənilib və gizir bankdan kredit götürüb tələb olunan məbləği ödəyib. Bundan üç gün sonra Səbuhi Əhmədov şəhid olub.  Son açıqlamasında isə Sənan Əhmədov əvvəl dediklərini təkzib edib.  
 
Səbuhi və Sənan Əhmədov qardaşları azyaşlı olarkən ata-anaları vəfat edib. Onlar "SOS” uşaq kəndində böyüyblər.
 
Səbuhi Əhmədovdan rüşvət verməsi barədə açıqlamasından sonra Müdafiə Nazirliyi məsələni araşdırmağa başlayıb. Bu darədə jurnalist Eynulla Fətullayev məlumat verib. O, həmçinin şəhidin qardaşının nazirliyə çağırıldığını da qeyd edib.
 
Bu görüşdən sonra şəhid olmuş gizirin qardaşı aşağıdakı video müraciəti paylaşıb.




Ləman Qasımova
www.anews.az
2
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM