Şəhid və qazi ailələri idmana cəlb olunacaq

17:29 | 17.11.2021
Şəhid və qazi ailələri idmana cəlb olunacaq

Şəhid və qazi ailələri idmana cəlb olunacaq

Milli Olimpiya Komitəsinin (MOK) Atletlər Komissiyası qazi və şəhid övladlarını idmana cəlb etmək məqsədilə ''Qəhrəman varisləri'' adlı layihə həyata keçirəcək.
 
MOK-dan verilən məlumata görə, layihənin əsas məqsədi idmana həvəsli qazi və şəhid ailələrindən olan uşaqların, gənclərin inkişafına töfhə verməkdir. Belə layihələrin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur. Noyabrın 21-də "Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq tədbir saat 11:00-da başlayacaq.
 
Layihədə üzgüçü Fatimə Alkərəmova, cüdoçu Rüstəm Orucov, güləşçi Rəsul Çunayev, boksçu Kamran Şahsuvarlı və taekvondoçu Fəridə Əzizova iştirak edəcəklər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM