Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli fərmanına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 manat birdəfəlik ödəmə veriləcək.
"Qafqazinfo”nun məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid hərbi qulluqçuların ailələrinə birdəfəlik ödəmənin verilməsi prosesi ilə bağlı arayış hazırlayıb.
Siyahıya əsasən vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ olan şəhid hərbi qulluqçuların sayı 9531 nəfərdir.
2018-ci il üçün 58 milyon manat; 2019-cu il üçünisə 50 milyon manat maliyyə vəsaiti ayrılıb.
07.12.2018-ci il tarixində 750 şəhidin 1035 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə Komissiya tərəfindən qərar qəbul edilib.
O cümlədən, 02.11.2018-ci il tarixinə 114 hərbi qulluqçu üzrə 146 vərəsəyə, 14.11.2018-ci il tarixi üçün 110 hərbi qulluqçu üzrə 135 vərəsəyə, 22.11.2018-ci il tarixinə 223 hərbi qulluqçu üzrə 304 vərəsəyə, 27.11.2018-ci il tarixi üçün 161 hərbi qulluqçu üzrə 240 vərəsəyə, 01.12.2018-ci il tarixinə 142 hərbi qulluqçu üzrə 210 vərəsəyə ödəmə edilib.
Onlardan 350-dək vərəsənin bank hesabına vəsait köçürülüb. Eyni zamanda, məhkəmə qərarı əsasında 473 şəhidin 474 vərəsəsinə ödəniş edilib.
Cəmi 1223 şəhid üzrə 1509 vərəsəyə dair qərarlar verilməklə ödənişi aparılır.
01.10.2018-ci il tarixinə kimi şəhid ailələrinə və əlilliyi olanlara verilən mənzillərin sayı 6 063 ədəddir. Onlardan 5,6 mini şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə verilib.
2018-ci ilin sonuna kimi Bakı və Abşeronda satın alınaraq veriləcək mənzillərin sayı 391, o cümlədən Qaradağ rayonunda 200, Zabrat qəsəbəsində 95, Mehdiabad qəsəbəsində 72 mənzil, Müşviqabad qəsəbəsində 24 mənzil verilməsi planlaşdırlıb.
2018-ci ilin sonuna kimi regionlarda istifadəyə veriləcək binalardakı mənzillərin sayı 90-dır. O cümlədən, İmişlidə 54 mənzil (6 mərtəbəli yaşayış binası), Şamaxıda 36 mənzi (4 mərtəbəli yaşayış binası) veriləcək.
2018-ci ildə regionlarda 67 fərdi evin inşası başa çatdırılacaq.
Qalan və ilin sonunadək paylanacaq mənzil və fərdi evlərin sayı 548 ədəddir.
Belə ki, 01.11.2018-ci il tarixə kimi müharibə əlillərinə verilən avtomobillərin cəmi sayı 6 144 (Cari ildə 265 avtomobil verilib) ədəddir.
Müharibə əlillərinə Prezidentin aylıq təqaüdü:
II qrup 158 AZN;
III qrup 121 AZN;
Müharibə əlillərinin uşaqlarına aylıq sosial müavinət verilir.
İl ərzində dövlət vəsaiti hesabına 1,8 min-2 min nəfər müharibə əlilinə protez-ortopedik xidmət göstərilir. Onlara orta hesabla 6500-7000 reabilitasiya vasitəsi (əlil arabası, eşitmə aparatı, ortopedik ayaqqabı və digər) verilir.
Şəhid ailələrinin sosial təminatı
Əmək pensiyasına hər ay əlavə vəsait ödənilir.
Əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət verilir.
Şəhid ailələrindəki uşaqlara aylıq sosial müavinət verilir.
Şəhid ailələrinin uşaqları dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.
İl ərzində dövlət vəsaiti hesabına orta hesabla 7,1 min əlilliyi olan şəxsə və şəhid ailəsi üzvünə ƏƏSMN tərəfindən sanator-kurort putyovkası və istirahət göndərişləri verilir.
Milli Qəhrəmanlara (və ya həlak olanların ailələrinə) aylıq 1500 AZN Prezident təqaüdü ödənilir. Milli Qəhraman ailəsi üzvlərinin əmək pensiyasına hər ay 110 AZN əlavə edilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !