Şəhidimiz torpağa tapşırılır - VİDEO

11:33 | 25.02.2020
Şəhidimiz torpağa tapşırılır - VİDEO

Şəhidimiz torpağa tapşırılır - VİDEO

Ermənistan silahlı qüvvələrinin fevralın 24-də sərhəddə törətdikləri təxribatın qarşısını alarkən şəhid olan Vəliyev İbrahim Ələmşah oğlu ilə vida mərasimi başlayıb.

Vida mərasimi İ.Vəliyevin böyüdüyü Zərdab rayonunda keçirilir. Mərasimdə rəsmi şəxslər, Dövlət Sərhəd Xidmətinin nümayəndələri və digər ictimai nümayəndələr iştirak edirlər.


Şəhidin cənazəsi Zərdab rayonunun Gəlmə kəndindəki Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törədib.
(modern.az)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM