Şəhidlər Xiyabanı sökülərək yerində dəbdəbəli otel inşa ediləcək?

20:16 | 07.02.2014
Şəhidlər Xiyabanı sökülərək yerində dəbdəbəli otel inşa ediləcək?

Şəhidlər Xiyabanı sökülərək yerində dəbdəbəli otel inşa ediləcək?

Şamaxı rayonunun inzibati idarəsi Bakıdan FHN-in komissiya üzvlərinin gəlişini gözləyir.Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə Şamaxıda Şəhidlər xiyabanının şəhər mərkəzindən başqa yerə köçürülərək, onu yerində dəbdəbəli otelin inşa ediləcəyi mövzusu çox fəal şəkildə müzakirə edilir. Qeyd edilir ki, Şəhidlər xiyabanı, sürüşmə təhlükəsi olduğu üçün, təhlükəsizlik tədbiri bəhanəsi ilə köçürülür.Oxu.Az Vesti.az-a istinadən bildirir ki, Şamaxı rayon İcra hakimiyyətində, Şəhidlər xiyabanının köçürülməsinin səbəbinin həqiqətən bu ərazidə sürüşmə təhlükəsi olduğu üçün daha təhlükəsiz bir yerə köçürülməsinin müzakirə edildiyi məlumatını verən adam adının qeyd edilməməsini xahiş edib.Həmsöhbətimiz: “Biz Şəhidlər xiyabanında dəfn edilənlərin qohumlarını bu məsələni müzakirə etmək üçün toplamışdıq. Onlar yekdilliklə bu köçürmənin əleyhinə çıxdılar. Biz onların istəklərinə qarşı gedə bilmərik, bunun üçün də qəbirlərə toxunmamaq qərarına gəldik. İndi isə biz Bakıdan gələcək, Şəhidlər xiyabanını və ona yaxın ərazini tədqiq edərək və bu ərazidə torpaq sürüşməsinin qarşısını almaq məqsədi ilə qruntu möhkəmləndirmək üçün tövsiyələr verəcək FHN-in komissiya üzvlərinin gəlişini gözləyirik” – dedi.Bununla yanaşı o, Şəhidlər xiyabanının yerində otelin tikiləcəyi haqqında informasiyanı qəti şəkildə təkzib edib.“Birincisi bu Allahsızlıqdır. Bu kimin ağlına gələ bilərdi? İkincisi, şəhərdə boş ərazi çoxdur, sürüşmə təhlükəsi olan yerdə otel tikmək nəyə lazımdır?” – deyə, Şamaxı rayon İH-nin əməkdaşı sözünü bitirib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM