Qeyd edək ki, sürüşmə artıq özünü Şəhidlər Xiyabanının ətrafında da göstərir. Xiyabanda "Əbədi Məşəl" kompleksinin yaxınlığında sürüşmə artıq başlayıb. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarətində olan sözügedən ərazidə komitənin əməkdaşları tərəfindən xeyli sayda mayaklar qoyulub.
Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, sürüşmənin şəhidlərin uyuduğu məzarlara təsir edib-etməyəcəyini öyrənmək üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilib. Komitənin sədr müavini Dövlətxan Dövlətxanov bildirib ki, Bayıl yamacında sürüşmə hadisəsi "Əbədi Məşəl" kompleksinin yerləşdiyi yamacdan aralı, qonşu yamacda baş verir.
Şəhidlər Xiyabanı ərazisində torpaq sürüşməsi nəticəsində yaranmış çatlarŞəhidlər Xiyabanı ərazisində torpaq sürüşməsi nəticəsində yaranmış çatlarŞəhidlər Xiyabanı ərazisində torpaq sürüşməsi nəticəsində yaranmış çatlarŞəhidlər Xiyabanı ərazisində torpaq sürüşməsi nəticəsində yaranmış çatlarŞəhidlər Xiyabanı ərazisində torpaq sürüşməsi nəticəsində yaranmış çatlarŞəhidlər Xiyabanı ərazisində torpaq sürüşməsi nəticəsində yaranmış çatlarŞəhidlər Xiyabanı ərazisində torpaq sürüşməsi nəticəsində yaranmış çatlarŞəhidlər Xiyabanı ərazisində torpaq sürüşməsi nəticəsində yaranmış çatlar
"Bu sürüşmə deformasiyaları ilə bağlı "Əbədi Məşəl" kompleksi yerləşən ərazidə qoyulmuş mayaklara nəzarət gücləndirilib" - deyən qurum rəsmisi "Əbədi Məşəl" kompleksi yerləşən sahədə nəzərəçarpacaq sürüşmə deformasiyalarına rast gəlinmədiyini vurğulayıb.
D.Dövlətxanov qeyd edib ki, "Əbədi Məşəl" kompleksi yerləşən ərazidə müşahidələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən, Komitənin tabeliyində olan Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən aparılır: "Müşahidələr "Əbədi Məşəl" kompleksi ərazisində divar elementləri üzərində 20 yerdə qoyulmuş mayaklar vasitəsi ilə davamlı olaraq aparılır. Zədələnmiş və ya qopmuş mayaklar əvəzlənir".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !