Şəhidlər Xiyabanında ziyarət - Şuşanın işğalından 22 il ötür

11:50 | 08.05.2014
Şəhidlər Xiyabanında ziyarət - Şuşanın işğalından 22 il ötür

Şəhidlər Xiyabanında ziyarət - Şuşanın işğalından 22 il ötür

Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 22-ci ildönümü münasibətilə “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin üzvləri, millət vəkilləri, Şuşa və Xankəndi ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər.APA-nın məlumatına görə, ziyarətçilər “Əbədi məşəl” kompleksi önünə əklil qoyub, şəhidlərin ruhuna dualar oxuyub. “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov jurnalistlərə açıqlamasında işğal olunmuş torpaqlarımızın tezliklər azad olacağına ümid etdiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, Şuşada, Xankəndində və digər işğal olunmuş torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq: “Azərbaycan ordusu istər sülh, istərsə də hərb yolu ilə işğal olunmuş torpaqlarımızı azad edəcək. Cənab prezidentimizin siyasəti və ordumuzun gücü ilə işğal olunmuş torpaqlarımıza qayıdacağıq”. B.Səfərov qeyd edib ki, Şuşa şəhərinin əhalisi 1989-cu ildə təxminən 20 min olub. Amma indi 31 500 nəfərdir: “O vaxt Şuşada 3000 erməni yaşayıb. Hamı bilir ki, bu gün Azərbaycan əhalisi 10 milyona çatıb. Bu ordu, inşallah, torpaqlarımızı azad edəcək. Bu gün Azərbaycan Ordusuna ayrılan vəsait Ermənistanın büdcəsindən artıqdır. Ordumuz müasir silahlarla təmin olunub. Buna görə də biz torpaqlarımızın azad olunacağına inanırıq”. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM