*******Ötən gecə ermənilərin təxribat hücumu cəhdi nəticəsində şəhid olan daha bir əsgərin adı məlum olub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, bu Xaçmaz rayonu Yeni Həyat kənd sakini Coşqunov Mustafa Əhmədcan oğludur.
O, 1996-cı ildə anadan olub. Hərbi xidmətə isə bu ilin yanvar ayında gedib.
Faktı Xaçmaz rayon icra başçının birinci müavini Yetkin Mehmanov ANS PRESS-ə təsdiqləyib. O, bildirib ki, əsgərin cənazəsi hazırda rayona gətirilir.Allah rəhmət eləsin!Qeyd edək ki, İylun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb.Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.Təəssüflər olsun ki, Silahlı Qüvvələrimizin bölmələri də itki verib.
11:52
İylun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qruplarının hücumu zamanı şəhid olan Azərbaycan əsgərlərindən üçünün adı məlum olub.
Tərtər rayonun Qapanlı kənd sakinlərinin ANS-ə verdiyi məlumata görə görə, dünyasını dəyişən əsgərlərimizdən ikisi Vüqar Poladov və Elnur İbrahimovdur. Sakinlərin sözlərinə görə, onların hər ikisi müddətli hərbi xidmət qulluqçususdur.Publika.az xəbər verir ki, şəhidlərimizdən biri Salyan rayon Seyidsadıqlı kənd sakini Məmmədov Səftər Əlihüseyn oğludur. Onun valideynlərinə oğullarının şəhid olması barədə məlumat verilib.Məlumatlara görə, ermənilərin atəşkəsi pozması nəticəsində 11 hərbçimiz şəhid olub, 1 mülki şəxs yaralanıb.
ANN.Az