Səhiyyə işçilərinin də əməkhaqqı artırılacaq

14:12 | 22.06.2019
Səhiyyə işçilərinin də əməkhaqqı artırılacaq

Səhiyyə işçilərinin də əməkhaqqı artırılacaq

Prezident İlham Əliyevin ilin əvvəlindən başlayaraq, sosial islahatlarla bağlı verdiyi fərman və sərəncamlar əhalinin rifah halının yüksəldilməsinə xidmət edir. Vətəndaşların minimum əməkhaqqı 250 manata, minimum əmək pensiyası 200 manata çatdırılır, müəllimlərin  və digər sahələrdə çalışanların əmək haqqı həmiyyətli dərəcədə artırılır. Bu xüsusda sizi əmin edirəm ki, səhiyyə işçilərinin də əməkhaqqı artırılacaq”.


Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman ƏmiraslanovPrezident İlham Əliyevin sosialyönümlü islahatları ilə bağlı danışarkən deyib.


Ə.Əmiraslanov islahatları inqilabi adlandırıb: "Hələ lap əvvəl şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsi, şəhid ailələrinin müavinətlərinin, təqaüdlərin artırılmasının şahidi olduq. Hazırda islahatlar davam edir. Mən əminəm ki, icbari tibbi sığortanın tətbiqilə bağlı həkimlərin, orta tibb işçilərinin də əməkhaqları təsirli dərəcədə artırılacaq. Bu bir daha göstərir ki, cənab Prezident daim xalqın yanındadır və onların daha yaxşı həyat şəraiti yaradılması üçün çalışır”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb