Bu, Milli Məclisin Səhiyyə Komitəsinin 2023-cü il yay sessiyasının iş planına daxil edilib.
Komitə həmçinin cari il üçün tibbi tullantıların idarə olunması ilə bağlı dinləmə keçirməyi planlayır.
Dünyada Koronavirus virusu 2019-cu il Çinin Uhan şəhərində yayılmağa başlayıb. ÜST 2020-ci ilin martında bu virisu pandemiya kimi təsdiqləyib.
Azərbaycanda bu virus 2020-ci ilin fevralında təsdiqlənib. Azərbaycanda son sutkada koronavirus infeksiyasına 59 yeni yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Son sutkada COVID-19-dan 7 nəfər vəfat edib.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 563 vaksin vurulub. Vurulan vaksinlərin ümumi sayı 13 940 465, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 401 423, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 706, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 397 208, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 128 nəfər təşkil edir.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !