Səudiyyə Ərəbistanının səhiyyə naziri Abdullah ər-Rübayya tutduğu vəzifədən azad edilib. Trend İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Səudiyyə agentliyi məlumat verib.Onun yerinə əmək naziri Adel Fakeyhu təyin ediləcək.Ekspertlər qeyd edirlər ki, bu istefanın mümkün səbəb odur ki, ər-Rübayyanın rəhbərlik etdiyi nazirlik ölkədə koronavirusun yayılmasının qarşısını ala bilməyib. Yalnız aprelin 20-də daha 13 yoluxma faktı təsdiqlənib.2012-ci ilin sentyabrından - Səudiyyə Ərəbistanında virusun ilk dəfə aşkar olunmasından bəri bütün dünya üzrə 200-dən çox yoluxma faktı qeydə alınıb, onlardan 86-sı ölümlə nəticələnib.Virusa əsasən xroniki xəstəliklərdən əziyyət çəkənlər, zəif immuniteti olan insanlar yoluxur.
ANNET.Az
Bizi sosial şəbəkələrdə izləyin !