Xəbər verdiyimiz kimi, 2 mart tairixində, səhər saatlarında Respublika Narkoloji Mərkəzdə güclü yanğın baş verib. Yanğın nəticəsində 25 nəfər ölüb, 4 nəfər yaralanıb. Bir çox ölkələrdə bu cür hadisələr baş verən zaman rəhbərlik istefaya göndərilir və yaxud könüllü işdən çıxma ərizəsini yazırlar. Bizdə necə 25 nəfərin faciəvi şəkildə həlak olunmasına görə Səhiyyə naziri və yaxud da Respublika Narkoloji Mərkəzin baş həkimi istefaya göndərilə bilərmi?
Bununla bağlı BiG.AZ-a açıqlama verən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Respublika Narkoloji dispanserdə baş verən yanğın nəticəsində 25-nəfər vətəndaşın faciəli ölümü və onlarla yaralının olması səhlənkarlıqdan və işə məsuliyyətsizlikdən yanaşmanın nəticəsindəndir:
"Həmin bina ötən əsrin 70-ci illərində tikilib və istifadəyə yarasız, yanğın təhlükəsizliy sistemi ilə təchiz edilməyib. Təssüf ki, Səhiyyə nazirliyi və binalarda yanğın təhlükəsizliyə cavabdeh olan FHN-nin işində ciddi nöqsanın olduğu ortadadır. Həmçinin burada korrupsiya hallarınıda göstərmək olar. Təssüf ki, Səhiyyə nazirliyi bu dispanserin yarasız vəziyyətdə olduğuna rəğmən burada proflatik və stansionar müalicə aparıb. Belə bir faciə ilə əlaqdədar sivil və hüquqi ölkələrdə həmin sahələrin rəhbərliyi istefaya gedir və prokurorluq onları dərhal həbs orderi verirlər. Hesab edirəm ki, baş vermiş faciə ilə əlaqədar səhiyyə nazirinin istefa verməsi mümkün görünmür. Ümumiyyətlə, Azərbaycanda elə bir siyasi ənənə formalaşmayıb. Bu dispanserdə faciədə ölənlərin ailələrinə yüksək məbləğdə təzminat, həmçinin yaralılara da ödənməlidir. FHN bütün dövlət xəstəxanalarında müəssisəlırində və özəl kilinikalarında yanğından mühafizə sistemləri ilə təchiz etməli və vaxtaşırı yoxlama aparmalıdır. Bu faciə ilə əlaqadar istefalar olmalıdır. Göründüyü kimi buna iradə yoxdur”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !